Neymar Səudiyyə Ərəbistanı klubundan ayrıldı RƏSMİ

28.01.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu braziliyalı hücumçu Neymarla yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, qərarı klubun mətbuat xidməti açıqlayıb.

"Əl-Hilal" və Neymar qarşılıqlı razılıq əsasında müqavilə münasibətlərinə xitam verməyə razılaşıblar.

Klub Neymarın klubdakı karyerası ərzində gördüyü işlərə görə ona təşəkkürünü bildirib və futbolçuya uğurlar arzulayıb. 

Xatırladaq ki, Neymar Səudiyyə Ərəbistanında cəmi 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun bazar dəyəri 15 milyon avrodur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью