Neymar yeni ətir brendi yaradacaq

27.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Braziliyalı futbolçu Neymar idmandan kənar biznes fəaliyyətini genişləndirməyə davam edir.

Moderator.az xəbər verir ki, Futbol ulduzu Dubayda yerləşən və "Club de Nuit" və "Odyssey" ətirləri ilə tanınan ətir brendi "Armaf" ilə qlobal tərəfdaşlıq müqaviləsi imzalayıb. Əməkdaşlığın əsas nəticəsi 2027-ci ildə satışa çıxarılması planlaşdırılan yeni bir ətirdir.

"Armaf" futbolçunun populyarlığından istifadə edərək brendin beynəlxalq bazardakı mövqeyini gücləndirmək və tanıtımını genişləndirmək üçün üç istiqaməti birləşdirmək niyyətindədir: idman, stil və ətriyyat sənəti.

"Neymar əsl əfsanədir. Onun özünəinam və stili "Armaf" brendinin mahiyyətini mükəmməl şəkildə əks etdirir", - deyə şirkət nümayəndəsi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью