Neymar yeni oyuncağı na 1,5 milyon dollar xərclədi FOTO

13.07.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar rejissor Kristofer Nolanın superqəhrəman Betmen haqqında çəkdiyi filmdəki avtomobilin dəqiq surəti olan betmobil alıb.

Milli.Az xəbər verir ki, bu barədə idmançı "Instagram" hesabında yazıb.

Avtomobil oyunçuya 1,5 milyon dollara başa gəlib. Braziliyalının artıq 9 milyon dollar dəyərində Betmen üslubunda helikopteri və kürəyinin sağ tərəfində super qəhrəmanın döyməsi var. /Oxu.Az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью