Neymar yenidən qalmaqal mərkəzində

27.07.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Neymar yenidən qalmaqal mərkəzində

Braziliya millisinin və "Santos"un futbolçusu Neymar yenidən qalmaqallı hadisə ilə gündəmə gəlib.

QOL.az "Globo Esporte"yə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Braziliya A Seriyasının 20-ci turunda "Şapekoense" ilə 2:2 hesabı ilə başa çatan oyunun fasiləsində paltardəyişmə otağında iki gənc komanda yoldaşını sərt şəkildə tənqid edib.

İddia olunur ki, Neymar Qabriel Bontemponu təhqir edərək onu "axmaq" adlandırıb və "gələn il "Şapekoense"də oynayacaqsan" sözlərini işlədib. O, həmçinin Joao Ananiasın oyun səviyyəsini də kəskin tənqid edib. Hadisənin komandada gərginlik yaratdığı bildirilir.

Neymar bu xəbərləri təkzib edib. Təcrübəli futbolçu sosial şəbəkədə paylaşdığı videoda yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Paltardəyişmə otağında gənc futbolçuları təhqir etdiyim yazılır. Bu, tamamilə yalandır. Sadəcə, komanda daxilində adi söhbət olub. Kim bu məlumatları yayırsa, yalan danışmasın".

Qeyd edək ki, son günlər Neymar poker turnirində iştirak etdiyi üçün "Santos"un oyununu buraxması ilə bağlı tənqidlərin də hədəfinə çevrilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью