Neymar yenidən sıradan çıxdı

17.04.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Braziliya A Seriyasının dördüncü turunda “Atletiko Mineyro” ilə qarşılaşan "Santos"un hücumçusu Neymar yenidən zədələnib.

Fanat.Az xəbər verir ki, ulduz forvard start heyətində meydana çıxsa da, zədə səbəbindən 34-cü dəqiqədə əvəzlənib. 

O, meydanı göz yaşları içində tərk edib. 33 yaşlı forvardın zədəsinin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil. O, əvəzlənərkən artıq 2:0 öndə olan "Santos" görüşü elə bu hesabla qalib başa vurub.

Neymar əvvəlki zədəsini yeni sağaltmışdı. Braziliyalı mart ayında budundan zədə almışdı. Qış "transfer pəncərəsi"ndə "Santos"a keçən Neymar ötən il “Əl-Hilal”ın heyətində Səudiyyə Ərəbistanı çempionatında çıxış etsə də, ağır sədə səbəbindən çempionatı boşa vermişdi.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью