Neymar zədələndi 2 ay oynamayacaq

05.09.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Braziliyanın "Santos" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Neymar sıradan çıxıb. Bu barədə "Ge Globo" nəşri məlumat yayıb.

Ulduz futbolçunun ayaq əzələsində yırtıq aşkarlanıb. 34 yaşlı vinger təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Neymar cari mövsümdə "Santos"un heyətində meydana çıxdığı 24 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью