Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək

18.06.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək

Ulduz hücumçu Neymar Braziliya millisinin qarşıdan gələn Haiti yığması ilə matçını buraxacaq.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, forvard hələlik optimal formasını bərpa etmək üzərində çalışır və ardıcıl olaraq məşqlərə davam edir.

Məşqçilər qərargahı komandanın liderini qorumağa və ona tələsmədən bərpa prosesini sakit şəkildə tam başa vurmasına imkan yaratmağa üstünlük verir.

Beləliklə, əgər Neymar tam hazır olarsa, onun yalnız qrup mərhələsinin üçüncü turunda Şotlandiyaya qarşı keçiriləcək matçda meydana qayıdacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью