Neymardan DÇ2026 açıqlaması: Mundialda 3 dəfə oynadım, amma...

13.12.2024

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya millisinin vingeri Neymar 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatında iştirak etmək istədiyini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, "RMC Sport" ulduz futbolçunun fikirlərini belə təqdim edib:

"Şübhəsiz, dünya çempionatı hər bir futbolçunun hədəfidir. Mən üç dəfə mundialda oynadım, amma dördüncü dəfə orada oynamaq istəyirəm. Bütün diqqətimi məqsədimə yönəltməli və dünya çempionatına yaxşı formada yollanmalıyam". 

Xatırladaq ki, növbəti dünya çempionatı eyni vaxtda üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. 

32 yaşlı Neymar Braziliya millisində 128 oyun keçirib, 79 qol vurub və 59 məhsuldar ötürmə edib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью