Neymarı əlavə vaxta saxlayırdım Ançelotti qələbəni dəyərləndirdi

30.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün Yaponiyanı 90+5-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə yenərək 1/8 finala yüksələn Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı matçın ardından baş tutan mətbuat konfransında belə danışıb:

"Oyunumuzdan razıyam. Sonadək təmkinli davrandıq...

Yaponiya asan keçiləcək rəqib deyil. Çox yaxşı təşkilatlanmış, yüksək intensivliklə oynayan komandadır. 

Neymar? Onu əlavə vaxta saxlayırdım. İkinci qolu vurmasaydıq, 60 və ya 65-сi dəqiqədə meydana çıxacaqdı. Özünə də demişdim. Komanda yaxşı oynadığı üçün müdaxiləyə ehtiyac duymadım". 

DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью