Neymarı Vinisiusla əvəzləmək istəyirlər

10.11.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistan çempionatı "Real"ın futbolçusu Vinisius Juniyoru transfer etmək niyyətindədir. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 24 yaşlı braziliyalı futbolçunu "Əl-Hilal"da çox sayda zədədən əziyyət çəkən Neymarın əvəzinə görmək istəyirlər. Sözügedən klub 32 yaşlı braziliyalı hücumçu ilə müqaviləsini bitirmək niyyətindədir. 

Qeyd edək ki, daha öncə Səudiyyə Ərəbistanın Vinisius Juniyoru dünyanın ən çox qazanan futbolçusu etmək istədiyi haqda xəbərlər yayılmışdı. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью