Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
"Santos" klubunun hücumçusu Neymar sol dizindən zədə alıb və böyük ehtimalla o, 2025-ci ildə meydana çıxa bilməyəcək.
Reyting.az “Globo” nəşrinə istinadla bildirir ki, futbolçu Braziliya A Seriyasının 35-ci turunda "Internasional"la oyundan əvvəl sol dizində ağrı hiss edib və matçda iştirak etməyib. Əvvəlcə hücumçunun yalnız bir oyunu buraxacağı düşünülsə də, sonradan zədənin daha ciddi olduğu ortaya çıxıb.
Neymar elit divizionda yerini qorumaq uğrunda mübarizənin həlledici oyunlarında komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, 25 iyul 2025-ci ildə Braziliyanın "Santos" klubu Neymarla müqavilə imzaladığını açıqlayıb. 33 yaşlı futbolçunun klubla müqaviləsi 2025-ci ilin sonunadək qüvvədədir və müddət başa çatdıqdan sonra uzadıla bilər.
V. QULİYEV