Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur futbolçusu Neymarın atası Neymar da Silva “Santos”un yeni baş icraçı direktoru (CEO) təyin olunub.
QOL.az xəbər verir ki, bu barədə klub prezidenti Marselo Teyşeyra ilə birgə keçirilən tədbirdə rəsmən açıqlanıb.
Neymar da Silva dekabr ayına qədər klubun strateji planlaşdırma məsələlərinə rəhbərlik edəcək. Teyşeyra dekabrın 12-də keçiriləcək prezident seçkilərində yenidən qalib gələrsə, o, vəzifəsində qalacaq.
Bundan əlavə, Neymarın atası gənc futbolçuların karyerası ilə məşğul olacaq “Meninos da Vila” İnstitutunun, eləcə də “Santos”un əfsanəvi futbolçularına həsr olunan proqramın prezidenti olacaq.
Qeyd edək ki, Neymar da Silva oğlunun “Santos”a qayıdışından sonra klubun fəaliyyətində fəal iştirak edib. O, "NR Sports" şirkəti vasitəsilə stadionun təkmilləşdirilməsi, paltardəyişmə otaqlarının yenilənməsi və tribunaların rənglənməsi kimi layihələrdə iştirak edib.