Neymarın Barsa dan 45 dəfədən çox oynadığı komanda FOTO

13.02.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliyalı futbol ulduzu Neymar “Counter-Strike 2” oyununa marağı ilə diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, "Santos"un 33 yaşlı hücumçusunun məşhur FPS oyununda 11 min 345 saat keçirdiyi məlum olub.

Bu, bir ildən çox fasiləsiz oyuna bərabərdir.

Maraqlıdır ki, Neymar "Barselona"da çıxış etdiyi 2013-2017-ci illərdə rəsmi matçlarda cəmi 256 saat meydanda olub. Bu rəqəm onun "Counter-Strike 2”də keçirdiyi vaxtdan təxminən 45 dəfə aşağıdır.

Qeyd edək ki, Olimpiya çempionu son zamanlar zədə səbəbindən meydanda o qədər görünməsə də, virtual aləmdə aktivliyini qoruyur.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью