Neymarın Braziliya yığmasında görmək istədiyi baş məşqçi...

24.04.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Neymar Braziliya millisinin baş məşqçisi vəzifəsində Karlo Ançelottini görmək istəyir.

Sportal.az xəbər verir ki, ESPN-in məlumatına görə, italyan mütəxəssis yığmanın baş məşqçi postuna əsas namizəd hesab olunur. Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes uzun müddətdir Ançelottini bu vəzifədə görməyi arzulayır.

Ən azı bir agent və iki vasitəçi hazırda məşqçinin oğlu Davide Ançelotti ilə danışıqlar aparırlar. CBF nümayəndələri İspaniya Kubokunun finalında “Real” və “Barselona” arasında keçiriləcək oyunu diqqətlə izləyəcəklər. Əgər Madrid klubu məğlub olsa, Ançelotti vəzifəsindən azad oluna bilər.

“Santos”un hücumçusu Neymarın danışıqların hər addımını diqqətlə izlədiyi və tərəflər arasında əlaqənin qurulmasına kömək etdiyi qeyd olunur. O, “Əl-Hilal”da baş məşqçisi olmuş Jorje Jesusdan fərqli olaraq, yığmanın başında məhz Ançelottini görməyə üstünlük verir.

Həmçinin “Real”da Ançelottinin rəhbərliyi altında çıxış edən Vinisius Junior və Rodriqo da onun Braziliya yığmasına baş məşqçi təyin olunmasını istədiklərini gizlətmirlər.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью