Qol.az saytına istinadən Icma.az xəbər verir.
Neymarın büstü qoyuldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Braziliyanın “Santos” klubunun muzeyində komandanın yetirməsi və əfsanələrindən olan Neymarın büstünün açılışı olub.
QOL.az xəbər verir ki, təntənəli mərasimdə futbolçunun özü də iştirak edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Neymar 2025-ci ildə doğma klubuna qayıdıb. O, 2026-cı ildə komandanın heyətində keçirdiyi 16 oyunda 8 qol vurub, karyerası ərzində isə “Barselona”, PSJ və “Əl-Hilal”ın da formasını geyinib.
Neymar eyni zamanda Braziliya millisinin tarixinin ən sərrast bombardiridir və yığmanın heyətində keçirdiyi 130 oyunda 80 qola imza atıb. O, bir neçə gün əvvəl milli karyerasını başa vurduğunu açıqlayıb.