Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Neymarın cəzası bəlli oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Santos”un hücumçusu Neymar Braziliya çempionatında “Bahia” ilə oyunda aldığı qırmızı vərəqəyə görə cəzalandırılıb.
QOL.az xəbər verir ki, “Globo Esporte” nəşrinin məlumatına görə, intizam komitəsi hadisəni araşdırdıqdan sonra braziliyalı futbolçunu əlavə iki oyunluq diskvalifikasiya edib.
Beləliklə, qırmızı vərəqəyə görə avtomatik cəza ilə birlikdə Neymar “Santos”un növbəti üç matçını buraxacaq. Klubun qərardan apellyasiya şikayəti vermək hüququ var.
Qeyd edək ki, Neymar “Bahia” ilə görüşdə rəqibi ilə danışarkən ağzını əli ilə örtüb. Bu hərəkətə görə ona qırmızı vərəqə göstərilib. Hadisə futbolda “Vinisius qaydası” adlandırılan yanaşma ilə əlaqələndirilir.