Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyalı superulduz Neymarın gələcəyi bəlli olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Beinsports.com.tr nəşri məlumat verib.
Məlumata görə, 33 yaşlı futbolçu "Santos"la müqaviləsini uzatmağa çox yaxındır.
Bildirilib ki, Neymar yanvarda qayıtdığı "Santos"da qalmaq barədə düşünür. Braziliya komandası Neymara birillik yeni təklif edəcək. Futbolçunun tezliklə bu təklifi təsdiqləyəcəyi gözlənilir.