Neymarın komandası Braziliya kuboku ilə vidalaşdı

03.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

“Palmeyras” Braziliya Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Santos”la qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, San-Pauludakı “Vila Belmiro” stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Braziliya millisinin hücumçusu Neymar “Santos”un start heyətində meydana çıxıb. Futbolçu fasilədə əvəzlənib.

Komandalar arasında ilk oyun “Palmeyras”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə qalib gələn “Palmeyras” turnirin yarımfinalına yüksəlib.

Qeyd edək ki, “Palmeyras” yarımfinalda “Vasko da Qama” ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью