Neymarın oynayacağı klubun adı bilindi

16.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Braziliya millisinin və "Əl-Hilal"ın forvardı Neymar karyerasını MLS-də davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Santi Aoun özünün "X" ("Twitter") sosial şəbəkə hesabında paylaşıb. 

Mənbənin məlumatına görə, ulduz futbolçu ABŞ-də oynamağa qərar verib. "Çikaqo" klubu Neymarı "Əl-Hilal"dan transfer etməkdə ciddi maraqlanır. Keçid yanvar ayında baş tutacaq. "Çikaqo" futbolçuya iki illik müqavilə təklif edib.

Neymarın "Əl-Hilal" klubu ilə müqaviləsinin müddəti yayda başa çatır. O, 2023-cü ilin avqustundan Səudiyyə Ərəbistanında çıxış edir. Hücumçu ağır zədə səbəbindən sözügedən komandada cəmi 7 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью