Neymarla birgə oynayacaq

20.02.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Benxamin Rollheyzer tezliklə “Benfika”nı tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, argentinalı futbolçu “Santos”a keçməyə yaxındı.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Braziliya klubu artıq Benxaminlə şifahi razılıq əldə edib.
Tərəflər hazırda sözləşmənin son detallarını razılaşdırmağa çalışırlar. Yanvarda sabiq futbolçusu Neymarı sıralarına qaytaran “Santos” 24 yaşlı Rollheyzerin transferi üçün 11 milyon avro ödəyəcək. Portuqaliya klubu həmçinin onun gələcək satış məbləğinin 15 faizini xəzinəsinə daxil edəcək.
Benxamin bu mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью