Neymarla yeni müqavilə imzalandı

01.01.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Neymarla yeni müqavilə imzalandı

"Santos" hücumçusu Neymarla müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O bildirib ki,  ulduz futbolçunun yeni sözləşməsi 2026-cı ilin dekabrına kimidir. Neymarın Braziliya klubu ilə əvvəlki müqaviləsi 2025-ci il dekabrın 31-dək idi.

Qeyd edək ki, Neymar noyabr ayında San-Paulu şəhərində tibbi müayinədən keçmiş və onda menisk zədəsi aşkarlanmışdı. Buna baxmayaraq, o, Braziliya çempionatının 37-ci turunda “Juventude”yə qarşı oyunda (3:0) meydana çıxaraq 3 qol vurub. Həmin qələbə “Santos”un elitada qalmasını təmin edib.

Mövsümün yekununda “Santos” 47 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 33 yaşlı Neymar mövsüm ərzində 28 oyunda iştirak edib və 11 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью