Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat faciəsi: Pasiyent reanimasiya şöbəsində unuduldu …
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı sakini Hacıyev Rövşən Elşən oğlu, anası Hacıyeva Kifayət Akif qızının beynində şiş diaqnozu ilə keçirilən əməliyyat nəticəsində ölümcül vəziyyətə düşməsi ilə bağlı aidiyyəti qurumlara və ictimaiyyətə müraciət edib.
Onun sözlərinə görə, Neyrocərrahiyyə xəstəxanasında baş verən həkim səhlənkarlığı, yalan məlumatlandırma, qeyri-peşəkar yanaşma və maliyyə istismarı pasiyentin həyatını təhlükə altına atıb.
Rövşən Hacıyev müraciət edərək bildirir ki, 10 sentyabr 2025-ci il tarixində anası "Appro Hospital"da neyrocərrahlar Verdiyev Nazim və Hüseynzadə Elşən tərəfindən əməliyyat olunub.
Əməliyyatdan əvvəl Verdiyev Nazim ailəyə cərrahiyyə müdaxiləsini şəxsən özü aparacağını və əməliyyatın 100% uğurlu keçəcəyini vəd edib.
Lakin sonradan məlum olub ki, həkim Nazim artıq 7 aydır pensiyada olub və əməliyyatı əslində ailənin tanımadığı Hüseynzadə Elşən icra edib.
Ailə əməliyyata görə dövlət sığortası ilə yanaşı, əlavə olaraq 3000 AZN qeyri-rəsmi şəkildə həkimə ödədiyini bildirir.
Əməliyyat zamanı baş verən kobud səhvlər nəticəsində pasiyentin şah damarı zədələnib və beyin insultu (işemiya) baş verib.
Tam oxu
Xəbəri oxu