Neytrallıq BƏƏ də Ukrayna danışıqlarının aparılmasına imkan verdi”

04.02.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sərt tənqidlərə baxmayaraq, Ukrayna münaqişəsində tərəf tutmamaq qərarı Əbu-Dabinin Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar məkanına çevrilməsinə imkan verdi”.

525.az xəbər verir ki, bunu BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Dubayda keçirilən Ümumdünya Hökumət Sammitində bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Ukrayna münaqişəsi kəskinləşəndə BƏƏ beynəlxalq hüququn tərəfində durmaq qərarına gəlib. 

"Amma eyni zamanda biz tərəf tutmamaq, Ukrayna və Rusiya ilə münasibətləri davam etdirmək qərarına gəldik. Bu mövqe bir sıra ölkələrdə narazılığa səbəb oldu. Buna görə sərt tənqid olunduq, çünki hamı bizim tərəf tutmağımızı istəyirdi", - diplomat deyib.

Əlavə edib ki, Donald Trampın yenidən prezident seçilməsindən sonra Vaşinqton Əbu-Dabiyə etibar edib.

Əbu-Dabidə 4-5 fevral tarixlərində Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi keçirilir. Məsləhətləşmələr Rusiya, ABŞ və Ukrayna nümayəndələri ilə üçtərəfli formatda aparılır.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью