Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 15 yanvar, Fidan Əlizadə, AZƏRTAC İstedad hər yaşda parlayır, amma bəzən elə
Budəfəki müsahibimiz yaxın zamanda premyerası keçirilən “Səriyyə” filminin əsas siması Nəzakət Heydərovadır.
Kiçik yaşlarından səhnəni özünə dost seçən Nəzakət, yalnız aktyorluğu deyil, həm də təhsili həyatının ayrılmaz hissəsi hesab edir.
AZƏRTAC onu oxuculara daha yaxından tanıdır.Nəzakət Heydərova, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir.
Bununla yanaşı, S.Rüstəmov adına uşaq incəsənət məktəbində də təhsil alır.
Uşaqlıqdan həm dərslərinə, həm də yaradıcılıq fəaliyyətinə xüsusi önəm verir.
Ən maraqlı məqam isə onun riyaziyyat fənninə olan sonsuz sevgisidir.
Həyatı sevməyin, qurub-yaratmağın, insanlara gülüş və sevgi hissləri çatdırmağın ən gözəl yollarından birini də aktyorluqda görür.