Nəzakət Teymurova ilk dəfə ailəsindən danışdı | Icma.az
Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Nəzakət Teymurova ilk dəfə ailəsindən danışdı “10 uşaq olmuşuq.
Yeddi bacı və üç qardaşım var idi. Bir bacım və iki qardaşım dünyasını dəyişib. Anam aşpaz, atam isə peşə məktəbində mühafizəçi çalışırdı.
Hər bir ailədə çətinlik olduğu kimi bizim də çətinliyimiz olub. 10 uşaq saxlamaq… İndi bir uşağı ailələr çox çətinliklə saxlayırlar.
Atam tez dünyasını dəyişib. Bizə anam baxıb. Sonra müəyyən problemlər oldu. Müharibə oldu, çox çətinliklərlə rastlaşdıq.
Bu yerə gəlib çatana qədər hər şey asan görünə bilər”.OLAY yazır ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.Xanəndə proqramda ilk dəfə ailəsindən söz açıb:“Allah mənə hər şeyi birdən yox, yavaş-yavaş verib.
Bizim də çatışmayan şeylərimiz var. Olur… Birdən-birə sıfıra düşürsən, evin və heç nəyin yox, qalırsan belə...
Bu çətinlikləri bir çox insanlar yaşayıb. Bu həyatı yaşayan insanlar bilir”.Teymurova bildirib ki, şəhərdə kollecdə təhsil alarkən ilk dəfə
Maddi sıxıntılar aradan qalxdı. Məndən 5 yaş böyük Nərgiz bacım Ağdamda toylara gedirdi.
Tam oxu
Xəbəri oxu