Nəzakət Teymurovadan ad günü paylaşımı: Ən qiymətli hədiyyəm...

04.07.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəzakət Teymurova ad günü paylaşımı edib.

"Yeni Sabah" xəbər verir ki, Xalq artisti həyatına, sənətinə və bu günə qədər ona dəstək olan hər kəsə görə Allaha şükür edib.

O yazıb: "Mənə göstərdiyiniz sevgi, hörmət və xoş arzularınız ən qiymətli hədiyyəmdir. Hər birinizə ürəkdən təşəkkür edirəm. Qoy qarşıdakı illər də musiqi, sevgi və xeyir-dualarla dolu olsun". Pepperoni pizza

Xalq artistinin qızı Nigar Teymurova da anası ilə fotosunu paylaşıb: 

"Ad günün mübarək, mənim günəşim. Sən mənim hər şeyimsən. Yaxşı ki, varımsan. Ən yaxın dostum, ən böyük dəstəyim, qürur mələyim. Bütün uğurlarımın səbəbi sənsən".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью