Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

08.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

 İsmayıllı, 8 oktyabr, AZƏRTAC

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunu son 9 ay ərzində 120 mindən çox yerli və xarici turist ziyarət edib. Qəsəbədəki qədimliklə müasirliyin vəhdəti gələnlərin böyük marağına səbəb olur.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev məlumat verib.

O qeyd edib ki, qoruq ərazisində dövlət qeydiyyatına alınan 103 tarix və mədəniyyət abidəsindən biri dünya əhəmiyyətlidir.

“Qoruq 1980-ci ildə yaradılıb. Qurum Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində yerləşən 103 tarix və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Lahıc dövlət tərəfindən qorunan qədim şəhərsalma və memarlıq sənəti abidəsidir. Buradakı mühafizə olunan obyektlər sırasına su dəyirmanı, körpü, üç hamam, beş məscid, səkkiz bulaq (daş sütun) və yerli sakinlərin tarixi yaşayış evləri daxildir”, – deyə N.Əliyev əlavə edib.

Müxbir - Fidan Əlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью