Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bir müddət əvvəl Nəzərbəy Hacıağayevin rəhbərliyi ilə “Nəzər Media PromoLab Süni
Təsis olunmuş mərkəzlə bağlı mərkəzin rəhbəri Nəzərbəy Hacıağayev Doğru.az-a saytına müsahibə verib: -Cənab Prezident İlham Əliyev süni inte
Sizin mövqeyiniz nədir? -Prezident İlham Əliyevin süni intellektlə bağlı çağırışı bizim üçün bir yol xəritəsidir.
Bu, təkcə texnologiya deyil – bu, Azərbaycanın müasir dünya ilə ayaqlaşması, gənclərin rəqəmsal dünyaya inteqrasiyası və dövlətin rəqabət gücünün artırılmasıdır.
Biz “Nəzər Media PromoLab Süni İntellekt və Marketinq Mərkəzi ” və digər platformalar vasitəsilə bu çağırışa cavab vermək üçün konkret layihələr üzərində çalışırıq.
-Hazırda bu istiqamətdə hansı işlər görülür? -Hal-hazırda süni intellekt əsaslı media və reklam platforması qururuq.
Burada sahibkarlar üçün AI ilə hazırlanmış posterlər, videolar, reklam mətnləri və sosial şəbəkə strategiyaları təklif olunacaq.
Məqsədimiz həm yerli bazarı bu sahəyə alışdırmaq, həm də gənclərə AI texnologiyalarını gündəlik iş həyatına tətbiq etməyi öyrətməkdir.