Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Futbol üzrə Azərbaycan 1-ci Liqasında qış fasiləsi fevralın 5-də başa çatacaq. Bu tarixdə 13-cü tur start götürəcək. Lider "Şəfa" ən yaxın təqibçisi "Baku Sportinq"lə üz-üzə gələcək. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Fasilədən sonra ilk oyunlar həmişə çətin keçir. Nəzərə alsaq ki, rəqibimiz ikinci pillədə qərarlasıb, deməli, işimiz ikiqat ağır olacaq. Qrafikə baxsaq, bizim üçün ilk üç turda keçirəcəyimiz matçlar final oyunları kimi olacaq. Bu oyunlarda məğlub olmamaq olduqca vacibdir. "Baku Sportinq"lə oyuna tam hazırıq. Yeganə itkimiz Urfan İsmayılovdur. Komamdamıza hər zaman olduğu kimi, inamımız böyükdür. Məqsədimiz qalib gələrək rəqiblə aramızdakı xal fərqini daha da artırmaqdır".
Qeyd edək ki, "Şəfa"nın hazırda 30, "Baku Sportinq"in isə 25 xalı var.
Nihat