Nəziri 26 Yaqubovu yanına apardı

27.07.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bu yay "Baku Sportinq"dən ayrılan mərkəz yarımmüdafiəçisi Tolqar Yaqubovun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, "Kəpəz"in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri tərəfindən alınan və yeni mövsümdən "Gəncəbasar" adlandırılması planlaşdırılan "Cəbrayıl"a keçib.

Sözügedən komandanın indiki baş məşqçisi Elhad Nəzirinin istəyi ilə heyətə qatılan 26 yaşlı Yaqubovla 1 mövsümlük müqavilə bağlanacağı gözlənilir. 

Yeri gəlmişkən, "Gəncəbasar"ın Nəzirinin rəhbərliyi altında qarşıdakı "futbol ili"ndə yüksək hədəflər uğrunda mübarizə aparmayacağı da dəqiqləşib. Komandanın elita səhnəsinə çıxmasını planlaşdırılsa da, çempionatın startına 1 ay qalmış yaxşı heyət yığmağın müşkül missiya olduğunu anlayan Nadiri komandaya böyük büdcə ayırmamağı uyğun sayıb.
Qeyd edək ki, "Cəbrayıl" I Liqada ötən mövsümü 8-ci yerdə başa vurub.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью