Neznayka animasiya filminin rejissoru vəfat etdi

20.08.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məşhur "Neznayka" animasiya seriyasının rejissoru, tanınmış aktrisa Nina Şorina 83 yaşında dünyasını dəyişib.

Kulis.az "gazeta.ru"ya istinadən xəbər verir ki, karyerasına uşaq yaşlarında aktrisa kimi başlayan sənətçi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra "Soyuzmultfilm" və "Ekran" studiyalarında uğurlu rejissorluq fəaliyyəti göstərib.

O, Nikolay Nosov və Tuve Yanssonun əsərləri əsasında çəkdiyi cizgi filmləri, eləcə də beynəlxalq festivallarda mükafat qazanan müxtəlif ekran əsərləri ilə böyük rəğbət qazanıb.

Rejissorun vida və dəfn mərasiminin vaxtı ilə yeri yaxın günlərdə açıqlanacaq.

“Nəsil yaddaşı” filminin növbəti beynəlxalq uğuru İspaniyada qədim Roma kitabxanası aşkar edildi Tofiq Fikrəti anmaq və anlamaq... - O, niyə İstanbulu "min ərin artığı dul qız" adlandırmışdı?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью