Nəzrin Mansurlunun ölümünə görə saxlanılan cərrah həbs olundu Yeni Çağ Media

22.01.2025

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı saxlanılan lor cərrahla bağlı qərar verilib.

Yenicga.az-ın APA-ya istinadən məlumatına görə, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həkim Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью