Nəzrinin bacısı: Qızının Anam haradadır sualına cavab tapa bilmirik | Icma.az
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Milli.Az Baku TV-yə istinadla xəbər verir ki, verilişin budəfəki sayında aparıcı və müəllif Arzu Kəlbi burun əməliyyatından sonra komaya düşüb, yanvarın 12-də vəfat edən Nəzrin Mansurovanın evində olub.
Mərhumun bacısı Nərmin Paşabəylinin sözlərinə görə, bu, Nəzrin Mansurovanın ilk əməliyyatı imiş: "Bacımın sağlamlığı ilə əlaqədar heç bir şikayəti olmayıb.
Yanvarın 3-də əməliyyat olundu, 4-ü isə səhər saatlarında evə buraxıldı. Narkozdan ayılandan sonra kəskin başağrıları var idi.
Ayın 4-də axşama doğru ağrıları kəskinləşdi, səhərə yaxın qusmağa başladı. Daha sonra vəziyyəti tamamilə pisləşdi.
Bacım evini, uşağını tanımadı, tam anlaqsız vəziyyətdə idi".
N.Paşabəyli qeyd edib ki, bacısı əməliyyatdan 35 gün əvvəl müayinə olunub, həkim bu nəticələrə əsasən Nəzrini əməliyyat edib: "O bizi əmin edirdi ki, hər şey normaldır.
Sonra Nəzrini başqa xəstəxanaya apardıq. Sənan doktor həmin xəstəxanaya gəldi, Nəzrinin analizlərinə baxdı, "Hər şey normaldır" dedi.
Tam oxu
Xəbəri oxu