NFFnin rəhbərliyinin göstərişi ilə komandalara forma paylanıb FOTOLAR

24.11.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə AFFA-nın uşaq liqalarının Naxçıvan zonası üzrə yarışları keçiriləcək.

Gununsesi.info xəbər verir ki, artıq püşkatma keçirilib və Muxtar Respublikada yarış 7 yaş (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16) qrupu üzrə təşkil olunacaq. Turnirdə ümumilikdə 43 komanda, 530 futbolçu iştirak edəcək.

Bu günlərdə Naxçıvan Futbol Federasiyasının (NFF) rəhbərliyinin göstərişi ilə iştirakçı komandaların üzvlərinə yeni oyun formaları paylanıb. Liqanın oyunlarına start verilənə qədər komandalar arasında yoxlama görüşləri keçirilir və uşaqların çıxışı seleksiyaçı məşqçilər tərəfindən izlənilir. Məqsəd isə fərqlənən, perspektiv vəd edən futbolçuları “Araz-Naxçıvan” PFK-nın akademiyasına dəvət etməkdir.

Qeyd edək ki, 4 yaş qrupu üzrə liqaların – U-13, U-14, U-15 və U-16-nın qalibi respublika mərhələsi üzrə pley-off oyunlarına vəsiqə qazanacaq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью