NHL klubunun xokkeyçisini maşın vurdu

15.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NHL klubu “Monreal”ın forvardı Emil Heynemanı avtomobil vurub.

Aut.az xəbər verir ki, bu barədə onun agenti məlumat verib.

“Biz indi Şimali Amerikadan xəbər gözləyirik. Onu maşın vurub. Ola bilsin ki, topuqları sınıb, onu həkim yoxlamalıdır” – deyə “Aftonbladet” onun agenti Markus İsakssonun sözlərini sitat gətirib.

Heynemanın 23 yaşı var və 2023-24 mövsümündən “Monreal”da oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью