NHL komandasının hücumçusu avtomobil qəzasına düşüb

13.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Milli Hokkey Liqası (NHL) təmsilçisi "Pittsburq"un hücumçusu Maykl Bantinq avtomobil qəzasına düşüb.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Mayk Sallivan bildirib.

Qəza komandanın ev oyunlarını keçirdiyi arenanın yaxınlığında baş verib. Hokkeyçinin durumu yaxşı olsa da, "Tampa Bey"lə (2:5) çempionat matçını buraxıb.

Qeyd edək ki, M.Bantinq bu mövsüm meydana çıxdığı 43 oyunda 25 xal toplayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью