NHL komandasının hücumçusunu avtomobil vurub

14.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Milli Hokkey Liqası (NHL) təmsilçisi "Monreal"ın hücumçusu Emil Heynemanı avtomobil vurub.

"Report"un xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

ABŞ-də baş verən qəzadan sonra idmançı 1 ay müddətinə sıradan çıxıb.

Qeyd edək ki,E.Heyneman bu mövsüm meydana çıxdığı 41 oyunda 17 xal toplayıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью