NHL tarixində ilk qapıya zərbə olmadan qol vurulub VİDEO İdman və Biz

16.01.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NHL-də komanda oyunun bir periodu ərzində qapıya heç zərbə vurmadan qol vurub.

İdman.biz xəbər verir ki, bu, tarixdə ilk belə haldır.

“Baffalo”nun hücumçusu Rayan Maklaud boş qapıya zərbə endirərkən hokkey çubuğu sınıb və bu onun qol vurmasına mane olub. Belə olan halda, qaydalara əsasən, hakimlər avtomatik qol qeydə alırlar.

Beləliklə, bütün üçüncü period ərzində "Baffalo" rəqib qapısına bir zərbə belə vurmasa da, fərqlənə bilib və "Karolina"nı 4:2 hesabı ilə məğlub edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью