Nicat Abasov Avropa çempionatında ardıcıl ikinci qələbə

24.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Nicat Abasov Rumıniyada keçirilən şahmat üzrə Avropa çempionatında ilk "iyirmilik"də yer alıb.

İdman.biz xəbər verir ki, qitə çempionatının səkkizinci turunda azərbaycanlı qrossmeyster Norveç təmsilçisi Elham Amara qalib gəlib.

Bu, Abasovun ardıcıl ikinci qələbəsidir. Daha əvvəl İddiaçılar turnirində iştirak etmiş Abasov hazırda 6 xalla 19-cu pillədə qərarlaşıb.

Səkkizinci turda da qalib gələn Məhəmməd Muradlı və Əhməd Əhmədzadə hərəyə 5,5 xalla, müvafiq olaraq, 28 və 34-cü yerləri tuturlar. Heç-heçə oynayan və 39-cu pillədə qərarlaşan Aydın Süleymanlının da 5,5 xalı var.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью