Nicat Abasovdan Avropa çempionatında ardıcıl ikinci qələbə

24.03.2025

Cbcsport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nicat Abasov Rumıniyada keçirilən şahmat üzrə Avropa çempionatında ilk "iyirmilik"də yer alıb.

Qitə çempionatının səkkizinci turunda azərbaycanlı qrossmeyster Norveç təmsilçisi Elham Amara qalib gəlib.

Bu, Abasovun ardıcıl ikinci qələbəsidir. Daha əvvəl İddiaçılar turnirində iştirak etmiş Abasov hazırda 6 xalla 19-cu pillədə qərarlaşıb.

Səkkizinci turda da qalib gələn Məhəmməd Muradlı və Əhməd Əhmədzadə hərəyə 5,5 xalla, müvafiq olaraq, 28 və 34-cü yerləri tuturlar. Heç-heçə oynayan və 39-cu pillədə qərarlaşan Aydın Süleymanlının da 5,5 xalı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью