Nicat Mirzəzadəyə vəzifə verildi

04.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Füzuli Dövlət Dram Teatrına yeni quruluşçu rejissor təyin olunub.

Globalinfo.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Nicat Mirzəzadə gətirib. O, eyni zamanda teatrın şöbə müdiri vəzifəsini də yerinə yetirəcək.

Qeyd edək ki, N.Mirzə indiyədək Füzuli Dövlət Dram Teatrının baş rejissoru idi.

Mədəniyyət Nazirliyinin qərarı ilə dövlət teatrlarındakı baş rejissor vəzifəsi ləğv olunub.

Xatırlatmaq ki, Qəriboğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2012-ci ildə ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 2014-2021-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. 2021-ci ildən Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif illərdə gənc yazar kimi Prezident təqaüdünə (2020), Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən “Ümüd” mükafatına (2022), eləcə də teatr sahəsində uğurlu fəaliyyətinə görə Prezident mükafatına (2023-2024) layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью