Nicat Süleymanov: Adil Şükürovla aramızda problem yaşanmışdı

30.06.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Adil Şükürovun gəlişindən sonra "Kəpəz"lə yollarımızı ayırdıq. Bəlkə də Azər Bağırov qalsaydı, müqaviləni uzadacaqdıq".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Nicat Süleymanov deyib.

26 yaşlı yarımmüdafiəçi "Kəpəz"dən ayrılmasına münasibət bildirib: "Bundan əvvəl Adil müəllimlə aramızda problem yaşanmışdı. Yəqin məhz bu səbəbdən məni kollektivdə görmək istəməyib. "Kəpəz" həmişə mənə doğma komanda olacaq. 3 il klubun əziyyətini çəkmişik. Birinci Liqadan elitaya qədər yol qət etmişik. İstənilməyən yerdə qalmaq olmaz. Mənə yığıb dedilər təklifin olsa, dəyərləndir. Birinci Liqaya yuvarlanan "Səbail" ilə ilkin danışıq olub. Yaxın vaxtlarda qərarımı verəcəm".

Qeyd edək ki, Süleymanov başa çatan mövsümdə "Kəpəz"in heyətində 20 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью