Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Dünya Qadın Seriyasının Sumqayıt mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
Azərbaycan millisi də siyahıda yer alıb. Mərhələnin qalibi olan yığmamız dünyada 12-ci yerdədi. Komandanın hesabında 203,814 xal var. Yığma ötən siyahı ilə müqayisədə hesabına 72,556 xal əlavə edib, 9 pillə irəliləyib.
Qeyd edək ki, dünya reytinqinə Niderland başçılıq edir - 519,638 xal.