Niderland Aİni Gürcüstan ilə vizasız rejimi dayandırmağa çağırır

06.12.2024

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Niderland Avropa İttifaqını Gürcüstan ilə vizasız rejimi dayandırmağa çağırır.

24News.ge xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp "X" sosial şəbəkəsində yazıb.

Kaspar deyib: “Gürcüstanda etirazçılara və jurnalistlərə qarşı zorakılıq, eləcə də siyasətçilərin həbs edilməsi qəbuledilməzdir. Buna görə də Niderland Aİ-ni Gürcüstanla vizasız rejimi dayandırmağa çağıracaq. Baltikyanı ölkələrin fərdi səyahət qadağaları tətbiq etmə təşəbbüsünü alqışlayıram”.

K.Veldkamp əlavə edib ki, Gürcüstan xalqını dəstəkləmək üçün ATƏT-in alətləri çərçivəsində mexanizmlərin istifadəsi imkanları araşdırılmalıdır. O, bu məsələni ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçiriləcək iclasında gündəmə gətirməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью