Niderland Baş naziri Aİ sammitində iştirakdan imtina ETDİ

11.11.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niderlandın Baş naziri Rob Yetten ölkədaxili siyasi vəziyyətlə əlaqədar Avropa İttifaqının (Aİ) Dublində keçiriləcək sammitində iştirakını ləğv edib.

Redaktor.az xəbər verir ki, bu barədə NOS telekanalı hökumətin informasiya xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, baş nazir noyabrın 12-də hökumətin vergi planının müzakirəsində iştirak etməli olduğu üçün sammitə getməmək qərarına gəlib.

Aİ-nin qeyri-rəsmi sammiti noyabrın 12-13-də Dublində keçiriləcək. Görüş iştirakçılarının Ukraynadakı münaqişənin nizamlanması üzrə Rusiya ilə danışıqlarda ittifaqı təmsil edəcək nümayəndənin təyin edilməsi məsələsini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, daha əvvəl Lüksemburqdan olan Avropa Parlamentinin deputatı Fernan Karteyzer Brüsselin Rusiya ilə dialoq aparmaq üçün bir və ya bir neçə danışıqlar nümayəndəsinin təyin edilməsi imkanını nəzərdən keçirdiyini bildirib.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью