Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderland millisi dünya çempionatı tarixində ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu qırıb.
QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Ronald Kumanın komandasə DÇ-2026-nın 2-ci turunda İsveç yığmasını 5:1 hesabı ilə darmadağın edib. Bu qarşılaşma Niderlandın əsas və əlavə vaxtlar daxil olmaqla (penaltilər seriyası nəzərə alınmadan) dünya çempionatlarında ardıcıl məğlub olmadığı 14-cü oyun kimi tarixə düşüb.
Bununla da niderlandlılar Braziliya millisinə məxsus olan tarixi rekordu yeniləyiblər. "Sambaçılar" 1958-1966-cı illər arasında dünya birinciliklərində ardıcıl 13 matçda meydanı məğlubiyyətsiz tərk etməyi bacarmışdılar.
Niderland millisinin dünya çempionatlarındakı sonuncu məğlubiyyəti 2010-cu ildə İspaniyaya qarşı final oyununda (əlavə vaxtda 0:1) olub.