Niderland çempionatında sensasiya

20.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Niderland çempionatının lideri gözlənilmədən böyük hesabla məğlub olub.

İdman.biz xəbər verir ki, "Ayaks" Eredivisienin 31-ci turu çərçivəsində səfərdə "Utrext"ə 0:4 hesabı ilə uduzub.

Oyunda ilk qolu Dortmund "Borussiya"sından icarəyə gəlmiş kot d'ivuarlı hücumçu Sebastien Haller vurub. 21 yaşlı ispaniyalı yarımmüdafiəçi Migel Rodriges isə dubl edib. Oyunda son nöqtəni "Ayntraxt"dan icarəyə gəlmiş 21 yaşlı amerikalı yarımmüdafiəçi Paksten Aaronson qoyub.

Əgər PSV və "Feyenoord" kimi rəqiblərlə oyunları nəzərə almasaq, Amsterdam klubu 2009-cu il mayın 3-dən sonra ilk dəfə dörd top fərqilə məğlub olub. O vaxt "Ayaks" Rotterdamda yerli "Sparta"ya 0:4 hesabı ilə uduzmuşdu.

Bu məğlubiyyətə baxmayaraq, "Ayaks" bir oyun az keçirən PSV-ni 9 xal qabaqlayaraq liderliyini davam etdirir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью