Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Niderland İraqda İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı beynəlxalq əməliyyat olan "Daxili Qətiyyət Əməliyyatı"nda iştirakını başa vurub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Krallığın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat verib.
O, açıqlamasında qeyd edib ki, " İraqda "Daxili Qətiyyət Əməliyyatı başa çatıb:
"Son 12 ildə 6300-dən çox Niderland əsgəri beynəlxalq tərəfdaşlarla birlikdə İraqda İŞİD terrorçularını tez-tez çətin şərtlər altında zərərsizləşdirməkdə iştirak edib".
Krallığın Müdafiə Nazirliyinin məlumatına görə, ölkə əməliyyata 2014-cü ilin oktyabrında qoşulub. ABŞ-ın rəhbərlik etdiyi İraqda antiterror əməliyyatı başa çatıb, baxmayaraq ki, missiya Suriyada əməliyyatları davam etdirir. Niderland həmçinin ayrıca NATO missiyasında İraq təhlükəsizlik qüvvələrinin təlim və məsləhət xidmətində iştirak edir.
Anar