Niderland İspaniya qarşısına itki ilə çıxacaq

20.03.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Liverpul"un və Niderland millisinin yarımmüdafiəçisi Rayan Qravenberç zədə səbəbindən millisinin düşərgəsini tərk edib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Niderland millisinin baş məşqçisi Ronald Kuman İspaniya ilə görüşdə Memfis Depayı hücumçu, Frenki de Yonqu isə yarımmüdafiəçi kimi meydana buraxacağını bildirib.

Qeyd edək ki, Niderland bu gün Millətlər Liqasının 1/4 finalının ilk oyununda İspaniya ilə qarşılaşacaq. Bakı vaxtı ilə 23:45-də başlayacaq görüş Rotterdamdakı "Feyenoord" stadionunda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью