Icma.az, sport24.az saytına istinadən bildirir.
"Napoli"nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne bu qış İtaliya klubunu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin bildirdiyinə görə, Niderland təmsilçisi PSV artıq 35 yaşlı belçikalı futbolçunun transferi ilə bağlı qarşı tərəfə sorğu göndərib.
Qeyd edək ki, De Bruyne "Mançester Siti"dən ayrıldıqdan sonra, ötən yay "Napoli"yə azad agent kimi qoşulub. O, cari mövsümdə keçirdiyi 15 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.